Dünya

Tramp Türkiyə üçün hərəkətə keçdi – Ən yaxşı silahlarını göndərəcək

Tramp Türkiyə üçün hərəkətə keçdi – Ən yaxşı silahlarını göndərəcək
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.

Bu iddia ABŞ mediasında yer alıb.

Bildirilib ki, Tramp ABŞ müxalifətinin etirazlarına tuş gəlməmək üçün NATO formulundan istifadə edəcək. Belə ki, Tramp NATO çərçivəsində əməliyyat təşkil olunmasını təmin edərək Türkiyəyə zenit raket kompleksləri yollayacaq. ABŞ mediası iddia edir ki, Trampın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri məhz bu məsələni müzakirə etmək üçün ötən gün Türkiyəyə səfər edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Müdafiə naziri Mark Esper Suriyanın İdlib şəhərində Türkiyəyə havadan dəstək verməyəcəklərini açıqlamışdı.

Xatırladaq ki, Türkiyə Rusiyadan "S-400 Triumf” hava hücumundan müdafiə kompleksləri tədarük edib. Bu da NATO-dakı müttəfiqi olan ABŞ-ı qəzəbləndirmişdi. (publika.az)