Dünya

Senatorlar Putinə sanksiya tələb etdi

Senatorlar Putinə sanksiya tələb etdi
ABŞ Senatında Demokratlar Partiyasından olan deputatlar Dövlət katibi Mayk Pompeo və Maliyyə naziri Stiven Mnuçinə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün məktub göndərmək niyyətindədirlər.

"Axios” portalı senatorların bu addımı Rusiyanın ABŞ-da keçiriləcək seçkilərə müdaxilə edəcəyi təhlükəsi ilə əlaqədar atmaq istədiklərini yazıb. Məktubun bu gün göndəriləcəyi vurğulanıb.

Senatorların yeni sanksiyaları Rusiya Prezidenti Vladimir Putinə qarşı da yönədilməsini istəyəcəkləri bildirilib.