Dünya

Avropa çökür - Sabiq liderlərdən ŞOK XƏBƏRDARLIQ

Avropa çökür - Sabiq liderlərdən ŞOK XƏBƏRDARLIQ
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Avropa və Qərb sivilizasiyası çöküşə doğru gedir.

Kanal14.az xəbər verir ki, bu iddia Fransanın sabiq prezidenti Nikola Sarkozi və İspaniyanın sabiq baş naziri Xose Mariya Aznar tərəfindən səsləndirilib.

Madriddə universitet tələbələrinin iştirakı ilə təşkil olunan forumda çıxış edən sabiq liderlər demokratik və mühafizəkar siyasi partiyalara tamaşaçı olmaqdan imtina edərək hərəkətə keçmək çağırışı ediblər.

"Əsrlər ərzində dünyanın oxu Qərbdən keçsə də, bu gün Şərqə doğru sürüşdü. Dünyada yaşayan 7 milyard insandan sadəcə 800 milyonu Avropadadır. Demoqrafik səbəblərdən dolayı artıq Avropa dünyanın mərkəzi deyil. Avropada böhranın səbəbi qocalan siyasi baxış bucaqlarıdır. Mən yola gətirilmiş bir avropalıyam. Amma 70-ci illərin Avropasından danışmaqdan imtina etmək lazımdır. Federal mübahisələrin heç bir mənası yoxdur. Şengenin, avronun, müdafiənin və birliyin Avropası. Bərabərliyin olmadığına və arzu edilmədiyinə inanıram. Fərqliliklərə inanıram. Keçmişdə ilişib qalmaq yerinə gələcəyin Avropasını düşünmək lazımdır”, - Sarkozi bildirib.

Sabiq prezident qeyd edib ki, sosial medianın təzyiqi ilə Avropada toplumun bütün təbəqələrinin səsinin axtarıldığı yeni dəb yaranıb: "Qlobal problemlərin həlli üçün liderlik lazımdır. Bir lider, bir komanda, bir baxış bucağı və hirs. Amma bu gün toplumda liderlik qanunsuz bir şeymiş kimi qəbul olunur. Dünya böyük sürətlə irəliləyir və liderlər hərəkətə keçmək üçün ən son sıradakı dərnəyin belə nə düşündüyünü gözləyirlər. Demokratiya bu deyil”.

Sarkozi ABŞ prezidenti Donald Trampla bağlı suala "Dünyanın bir nömrəli hərbi və iqtisadi gücü olan bir ölkədə Tramp prezident seçilirsə, bu, Amerika ictimaiyyəti haqqında çox şey söyləyir. Güclü və yol göstərən ABŞ-ı sevirəm. Amma gücün əsla bir tvitlə təmin olunacağını düşünmürəm. Tramp Qərbin çöküş səbəbi deyil, işarəsidir”, - cavabını verib.

İspaniyanın sabiq baş naziri isə Avropa İttifaqının NATO olmadan təkbaşına "Breksit, Rusiya, terrorizm və kibertəhlükəsizlik məsələləri ilə mübarizə apara bilməyəcəyini deyib: "Berlin Divarı”nın sökülməsindən 30 il sonra liberal nizama meydan oxunur. NATO olmadan Avropanın təkbaşına müdafiə gücü qurması anlamlı deyil. ABŞ-ın sabitliyi qoruma vədləri olmadan da mümkünsüzdür. Ən yaxşısı NATO-nu yenidən inşa etmək, formalaşdırmaqdır”./Publika.az