Dünya

ABŞ daha bir ölkəni sanksiyalarla hədələyir

ABŞ daha bir ölkəni sanksiyalarla hədələyir
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Amernika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo və Pentaqonun şefi Mark Esper xəbərdarlıq edib ki, əgər Misir Rusiyadan "SU-35″ qıpıcıları alarsa, ABŞ-n sanksiyalarına tuş gələ bilər (Wall Street Journal).

 

Nəşrin məlumatına görə, Misir hakimiyyətinə göndərilən məktubda qeyd olunur ki, Rusiya ilə böyük həcmli silah-sursat sazişi ən azı, ABŞ və Misirin müdafiə sferasında əməkdaşlığını, həmçinin təhlükəsizlik sahəsində Misirə köməklik məsələsini mürəkkəbləşdirər.

 

Məktubda həm də sanksiya riski xatırladılır. Qəzet Dövlət Departamentinin nümayəndəsinə istinadla qeyd edir ki, Pentaqon Misir hərbi-hava qüvvələrinin komandanlığını «potensial təhlükə» barədə xəbərdar edib.