Dünya

“Barış bulağı” əməliyyatında itkilərin sayı açıqlandı

“Barış bulağı” əməliyyatında itkilərin sayı açıqlandı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Türkiyə ordusunun 9 oktyabrda Suriyanın şimalında başlatdığı "Barış bulağı” adlı antiterror əməliyyatında bu günə qədər olan itkilərinin sayı açıqlanıb.
"Posta”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun bu əməliyyatda 10 şəhid verdiyini açıqlayıb.
Onun sözlərinə görə, əməliyyatda Türkiyə ordusuna dəstək verən müxaliflərdən ibarət Azad Suriya Ordusunun 144 üzvü də həyatını itirib.