Məsciddə yanğın - Xəsarət alanlar barədə ilkin açıqlama
Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufada məsciddə yanğın baş verib.
Kanal14.az-ın məlumatına görə, yanğın 15 kvadrat metr ərazini əhatə edib.
Yanğının qarşısını qısa zamanda almaq mümkün olub. Yanğının söndürülməsində 20-dən çox yanğınsöndürən iştirak edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır./Trend