Dünya

Türkiyə Sahil Mühafizəsi 200-ə yaxın qanunsuz miqrantı saxlayıb

Türkiyə Sahil Mühafizəsi İzmir vilayətində 183 qanunsuz miqrantı saxlayıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, saxlanılan şəxslər qeyri-qanuni yollarla Avropaya keçməyi planlaşdırıb.

Onların arasında Suriya, Fələstin və İraq vətəndaşları da var.

 

Bütün saxlanılanların Türkiyədən deportasiya ediləcəyi bidirilir.

Qeyd edək ki, Sahil Mühafizəsi sonuncu dəfə Aydın vilayətində 45 qanunsuz miqrantı saxlamışdı.