Dünya

Türkiyədə tunel çökdü, 1 nəfər ölüb

Türkiyədə tunel çökdü, 1 nəfər ölüb
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Türkiyənin Kayseri vilayətində xəzinə ovçuları çökən tunelin dağıntıları altında qalıb.

Kanal14.az-ın məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata əsasən, hadisə Melikgazi rayonunda baş verib. Xəzinə tapmaq üçün qazılmış yeraltı tunelin çökməsindən sonra iki nəfər dağıntılar altında qalıb.

Hadisə ilə bağlı araşdırma başlayıb./Trend