Dünya / İdman

Mehdiyev Özərlərdən qisasını aldı - Yenilənir

Mehdiyev Özərlərdən qisasını aldı - Yenilənir
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. "Qafqazinfo” xəbər verir ki, bu gün ölkəmizi yarışda iki idmançı təmsil edəcək.

Kişilərin yarışında Məmmədəli Mehdiyev və qadınların yarışında isə Günel Həsənli medallar uğrunda mübarizə aparacaq.

Kişilər, 90 kq

 

İlk mərhələdən azad olan Məmmədəli Mehdiyev ardından müvafiq olaraq İrji Petr (Çexiya) və Remi Fuilleni (Mavritiya) məğlub edib. 

Qadınlar, 70 kq

Təmsilçimiz Günel Həsənli mübarizəni erkən dayandırıb. O, ilk raunddaca avstraliyalı Aoyfe Koflana yenilib.

***

Məmmədəli Mehdiyev Türkiyəli Maykl Özərlərə qalib gələrək növbəti mərhələyə çıxıb. 

Xatırladaq ki, Mehdiyev Minskdə keçirilən Avropa Oyunlarında Özərlərə uduzmuşdu.