Dünya

İranda imam-cüməni öldürən şəxs edam olunub

İranda imam-cüməni öldürən şəxs edam olunub
 
 
 
 
 
 
 
 

İranın Kazerun şəhərinin imam-cüməsini öldürən Həmidrza Derəxşəndə bu gün edam olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, edam hökmü Fars əyalətinin Kazerun şəhərində insanların gözü qarşısında baş verib.

Qeyd edək ki, 40 yaşlı ruhani Məhəmməd Xorsənd mayın 29-da evinin qarşısında hücuma məruz qalıb. M.Xorsənd aldığı bıçaq xəsarətlərindən həyatını itirib.