Dünya

Rusiya Ermənistana “yox” dedi

Rusiya Ermənistana “yox” dedi
 
 
 
 
 

 
 
 
 
 
 
 

Rusiya Baş Prokurorluğu Ermənistan Məhkəmə Qərarlarının İcbari İcrası Xidmətinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından keçmiş millət vəkili Mihran Poğosianı ölkəsinin hüquq-mühafizə orqanlarına təhvil verməyi rədd edib.

Kanal14.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian özünün "Facebook” səhifəsində yazıb.

O, qarşı tərəfin 1993-cü ildə qəbul edilmiş Mülki, Ailə, Cinayət İşlərinə Dair Hüquqi Yardım və Hüquqi Münasibətlər Konvensiyasına istinad etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2008-2017-ci illərdə qeyd olunan vəzifədə işləmiş, sonradan 2018-ci ilədək millət vəkili olmuş M.Poğosian külli miqdarda mənimsəmələr və vəzifə səlahiyyətlərindən sui-istifadələrdə ittiham olunaraq cari ilin aprel ayından axtarışa verilib.     /report.az/