Dünya

Səudiyyə Ərəbistanına ballistik raket zərbəsi - Çox sayda ölən və yaralanan var

Səudiyyə Ərəbistanına ballistik raket zərbəsi - Çox sayda ölən və yaralanan var
 
 
 
 
 
 

 
 
 
 
 

Dogruxeber.az xəbər verir ki, Yəməndəki Husilərin hərbi mətbuat katibi Yəhya Seri Səudiyyə Ərəbistanına ballistik raketlə hücum elədiklərini və həm Səudiyyə Ərəbistanında, həm də Yəmən ordusunda xidmət edən hərbçilər arasında onlarla ölü və yaralı olduğunu bəyan edib.

"Bədir F” tipli ballistik raket Səudiyyə Ərəbistanının cənubunda, Necran vilayətinin Racula bölgəsində yerləşən, Səudiyyə Ərəbistanına məxsus hərbi qərargaha atılıb.

Husilərin mətbuat katibi bu hücumun Səudiyyə Ərəbistanı ilə Yəmən ordusu qüvvələrinin Husilərin sərhəd bölgəsindəki qüvvələrinə qarşı əməliyyat planlaşdırdığı barəsindəki kəşfiyyat məlumatları əsasında edildiyini söyləyib.

Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

Yəhya Seri gün ərzində verdiyi başqa bir açıqlamada son bir neçə gün içərisində həyata keçirdikləri hücumlar nəticəsində Yəmənin əl-Cevf vilayətində 37 məntəqəni ələ keçirdiklərini bildirmişdi. Əl-Cevf vilayəti Səudiyyə Ərəbistanının Necran vilayəti ilə qarşı-qarşıya yerləşir./Hurriyyet.org