Dünya

ABŞ-da hava limanında iki təyyarə toqquşub

Çikaqo şəhərinin O`Xara hava limanında iki təyyarə toqquşub. kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mülki Aviasiya Federal Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, toqquşma nəticəsində hər iki təyyarənin qanadlarına zərər dəyib. Hadisədən heç kim xəsarət almayıb.

 

Hadisənin səbəbləri araşdırlır.