Dünya

Türkiyə Suriya müxaliflərinə silah göndərdi

 
Türkiyə Suriya müxaliflərinə silah göndərib.

BakuPost xəbər verir ki, "Reuters" bu xəbəri Suriya müxalifətinə istinadən yayıb.
Xəbərə görə, bunda məqsəd Rusiyanın dəstəklədiyi hökumət qüvvələrinin hücumunun qarşısını almaqdır.
Rəsmi Ankara bu addımı Rusiyanı Suriya ordusunun İdlibdə əməliyyat keçirmək planını təxirə salmağa inandıra bilməməsindən sonra atmağa məcbur olub.
Səbəb kimi isə Əsəd ordusunun irəliləməsi nəticəsində Türkiyəyə qanunsuz miqrant axınının olduğu göstərilib.

Şahidlərin verdiyi məlumata görə, Türkiyə hərbi karvanı Suriyadakı Cabal əl-Zaviya yaxınlığındakı bazaya gecə çatıb. 
Türkiyənin Suriya müxaliflərinə "Qrad" sitemləri, onlarla zirehli maşın, raketlər, idarə olunan raket əleyhinə komplekslər göndərdiyi iddia olunur.