Dünya

Qurban bayramında terror törətmək istəyən 6 nəfər zərərsizləşdirildi

Misirin paytaxtı Qahirə yaxınlığında Qurban bayramı günlərində terror aktı planlaşdıran 6 nəfər zərərsizləşdirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, terrorçular evlərin birində aşkar edildikdən sonra təhlükəsizlik qüvvələrinə atəş açıb.

 

Keçirilən əməliyyat nəticəsində terrorçular zərərsizləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, onlar bayram günlərində xristian kilsələrinə, strateji obyektlərə, hərbçi və polislərə hücumlar planlaşdırırmış.