Dünya

İstanbulda atışma — Yaralılar var

http://olke.az/uploads/1550091397/tur.jpg
 
Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib.

Kanal14.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışma Şişli rayonunda yerləşən yaşayış komplekslərinin birinin qarşısında qeydə alınıb.

Məlumata əsasən, hadisə nəticəsində kompleksin mühafizəçisi və bir sakin yaralanıb.

Əraziyə polis və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. Polis cinayətkarın yaxalanması üçün əməliyyata başlayıb.