Dünya

“Avroviziya 2019”un açarı Təl-Əvivə verildi

http://olke.az/uploads/1548703133/avroviziya.jpg
 
İsrailin Təl-Əviv şəhəri "Avroviziya 2019” musiqi müsabiqəsinin simvolu olan açarı Portuqaliyanın Lissabonundan təhvil alıb.

"Kanal14.az” xəbər verir ki, təntənəli mərasim "Avroviziya 2019”un Təl-Əvivdə baş tutan ilk rəsmi tədbiri sayılır. Mərasimdə Lissabonun meri Duarte Kordeyro açarı israilli həmkarı Ronu Xuldaiyə verib.

Təl-Əviv İsrailin ikinci ən böyük şəhəri və Aralıq dənizi sahilindəki ən məşhur kurort yerlərindəndir.

 

Qeyd edək ki, "Avroviziya 2019” mahnı müsabiqəsi mayda keçiriləcək.