Dünya

Vaşinqton ilə real danışıqlar aparılır — Venesuela XİN rəhbəri

http://olke.az/uploads/1548704019/abs.jpg
 
Venesuela xarici işlər naziri Xorxe Arreasa rəsmi Karakasın ABŞ hökuməti ilə danışıqlar apardığını bildirib.

"Kanal14.az” xarici KİV-ə istinadən xəbər verir ki, nazir diplomatik məktubları nümayiş etdirib.

"Bu reallıqdır. Biz həqiqətən ABŞ-la dialoq aparırıq. Biz əlaqələri davam etdirəcəyik”, -deyə Arreasa mətbuat konfransında deyib.

 

Qeyd edək ki, yanvarın 21-dən başlayaraq Venesuelada prezident Nikolas Maduroya qarşı kütləvi etirazlar başlayıb. İki gün sonra isə Milli Assambleyanın spikeri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. ABŞ ilə yanaşı  Braziliya, Kanada, Argentina, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraquvay, Peru, Gürcüstan, Albaniya və bir sıra başqa dövlətlər Quaidonu dəstəkləyiblər. Bundan əlavə Böyük Britaniya, Almaniya, Fransa və İspaniya 8 gün ərzində yeni seçkilərin təyin edilməyəci təqdirdə, Quaidonu müvəqqəti prezident kimi tanıyacaqlarını bildiriblər. Rusiya, Türkiyə, Çin və Kuba isə Maduronu qanuni  prezident sayırlar.