Dünya

Venesuelada aksiyalar zamanı 35 nəfər ölüb — 850 nəfər saxlanılıb

http://olke.az/uploads/1548702991/venesuela.jpg
 
Venesuelada yanvarın 21-dən hökumət əleyhinə başlayan aksiyalarda 850 nəfər saxlanılıb.

"Kanal14.az” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Cinayət formu" qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Alfredo Romero bildirib.

"Yanvarın 21-dən başlayan etiraz aksiyaları zamanı saxlanılanların sayı 850 nəfər çatıb. Onlardan 77-si yeniyetmədir. Təkcə yanvarı 23-də 969 nəfər saxlanılıb”,-deyə Alfredo qeyd edib.

Başqa bir QHT-nin məlumatına əsasən, ölkənin 10 ştatında keçirilən aksiyalar zamanı ölənlərin sayı isə 35 nəfərə çatıb.

 

Qeyd edək ki, yanvarın 21-dən başlayaraq Venesuelada prezident Nikolas Maduroya qarşı kütləvi etirazlar başlayıb. İki gün sonra isə Milli Assambleyanın spikeri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. ABŞ və bir sıra başqa dövlətlər Quaidonu dəstəkləyiblər.