Dünya

Yaponiya Rusiyaya etiraz notası göndərdi

Yaponiya Rusiya hökumətinə etiraz notası göndərib.kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, etiraz notası Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı göndərilib. Suqa bildirib ki, etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub.

 

Baş katib əlavə edib: "Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir".