Dünya

65 yaşlı "şeyx"dən İYRƏNC ƏMƏL - Kişilərə təcavüz etdi

65 yaşlı "şeyx"dən İYRƏNC ƏMƏL - Kişilərə təcavüz etdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Konya bölgəsində özünü "xəlifə”, "şeyx” kimi tanıdan kişiyə 68 il həbs cəzsı verilməsi tələb olunub.

Unikal.org Türkiyə mətbuatlna istinadən xəbər verir ki, özünü FARUKİ təriqətinin şeyxi kimi tanıdan S.İ -nin 5 kişiyə qarşı "seksual xarakterli hərəkətlər”, "cinsi istismar” etdiyi iddia edilir.

Prokurorluqdan bildirilən məlumata görə, S.I-nin cinsi istismar etdiyi şəxslərin bəzilləri bir-biri ilə cinsi əlaqəyə gorməsi üçün məcbur edilib.

Xəbər Baş nazirlik Əlaqə Mərkəzinə bir şəxsin zəng edərək şikayətini dilə gətirməsi ilə üzə çıxıb. Bundan sonra istintaq başlayıb.

Bundan sonra 65 yaşlı S.I 2008- 2017-ci illərdə 17- 22 yaşlı 5 kişiyə qarşı "seksual xarakterli hərəkətlər”, "cinsi istismar” etdiyi üçün tutulub. Sonradan məlum olub ki, onun qurbanları 5 kişi ilə bitmir. 

Polis tərəfindən verilən açıqlamada bildirilir ki, S.I. kişiləri aldatmaq üçün müxtəlif hekayələr uydurur və "Bu elmin ötürülməsi formasıdır, bu rəhmanı bir vəziyyətdir. Mənə itayət etdiyin zaman mənəvi olaraq rütbə alıb irəliləyəcən” deyərək çətin vəziyyətdə ona üz tutanları dodaqlarından öpüb, sesksual xarakterli hərəkətlər edib. O öz əməlini dini xidmət adı altında gizlədib.

Hətta onun 2014-cü ildə Konyadan gələn tələbəyə kömək etmək bəhanəsi ilə evinin alt mərtəbəsində qalmasına icazə verib. Bundan sonra öz çirkin əməllərini gerçəkləşdirib.

Belə ki, gecələr alt mərtəbədəki gəncin yanına gedərək paltarını soyundurub və "Şəriətdə haram olan təriqətdə halaldır” deyib aldadaraq təcavüz edib. 

Hətta saxta "şeyx” tələbələrə "bundan öncə mənə böhtan atanların hamısı məhv edildi” kimi fikirlər söyləyərək, onları özündən aslı vəziyyətə salıb. 

Hətta məlumatda bildirilir ki, onun yanına şəfa tapmaq üçün gəldiyini düşünən kişilərin seksual xarakterli hərəkətlərinə qarşılıq verməsini tələb edirmiş.