Dünya

Bayden də peyvənd olunacaq

Bayden də peyvənd olunacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

ABŞ-ın yeni Prezidenti Co Baydenə gələn həftə koronavirus peyvəndi tətbiq ediləcək.

Kanal14.az bildirir ki, vitse-prezident Mayk Pens, onun həyat yoldaşı və ölkənin ən yüksək ictimai səhiyyə işçisi Cerom Adamsa da vaksin vurulacaq.

 

Qeyd edək ki, ABŞ-da "Pfizer” və "BioNTech” tərəfindən hazırlanan koronavirus peyvəndinin bu həftə səhiyyə işçilərinə, qocalar evinin sakinlərinə və orada çalışanlara tətbiq olunmasına başlanılıb.

Həftəsonuna qədər ölkədə 2.9 milyon doza vaksinin vurulması planlaşdırılır.

(Qafqazinfo.az)