Dünya

Sevgilisini ÖLDÜRDÜ, meyitin iylənməməsi üçün isə...

Sevgilisini ÖLDÜRDÜ, meyitin iylənməməsi üçün isə...
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Antalyada tək yaşayan ukraynalı qadının sevgilisi tərəfindən öldürüldüyü müəyyənləşib.

Kanal14.az bildirir ki, Karina Demçenkodan xəbər ala bilməyən ailəsi polisə müraciət edib.

 

Evə gələn polislər qadının hərəkətsiz halda yerdə uzandığını aşkarlayıblar.

Aparılan araşdırmalar zamanı Karina Demçenkonun 10 gün əvvəl sevgilisi Ərhan Razi tərəfindən öldürüldüyü məlum olub.

Polis tərəfindən saxlanılan Ərhan Razi sevgilisini qısqanclıq ucbatından öldürdüyünü söyləyib:

"Karina Demçenko ilə evlənməyi planlaşdırırdıq. Qısqanclıq ucbatından aramızda mübahisə düşdü. Mübahisə ərəfəsində mən Karinanı boğaraq öldürdüm. Onun meyitinin iylənməməsi üçünsə kondisioneri yanlı buraxıb, evdən çıxdım".

(Sonxeber.az)