Dünya

Peyvəndi tapan türk həkimlər “ilin adamları” seçildilər

Peyvəndi tapan türk həkimlər “ilin adamları” seçildilər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

İngiltərənin nüfuzlu "Financial Times” nəşri "ilin adamları”nı açıqlayıb. 

Kanal14.az bildirir ki, sözügedən statusun sahibləri bu dəfə koronavirus peyvəndini ixtira edən, əslən Türkiyədən olan həkimlər- Uğur Şahin və Özlem Türeci cütlüyü olub.

Xatırladaq ki, Amerikanın əczaçılıq nəhəngi "Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın "BioNTech” firmasının yeni tip koronavirusa ("COVID-19”) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanmışdı.

Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.

(Qafqazinfo.az)