Dünya

ABŞ "Taliban"a hava zərbəsi endirdi

ABŞ "Taliban"a hava zərbəsi endirdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

 
 

Kanal14.az bildirir ki, Əfqanıstanın Qəndəhar vilayətində "Taliban" qruplaşmasının Əfqanıstan ordusunun mövqelərinə hücumuna cavab olaraq ABŞ təyyarələri bu həftənin əvvəlində radikal "Taliban" üzvlərinə zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi polkovnik Sonni Leqqett bildirib.

Xatırladaq ki, fevral ayının sonlarında Qətərdəki bir mərasimdə ABŞ və radikal "Taliban" terror təşkilatı 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və əsir mübadiləsi razılaşmasından sonra mart ayında əfqanlararası dialoqun başlamasını nəzərdə tutan 18 ildən artıq müharibə ərzində ilk sülh müqaviləsini imzalamışdılar. Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları 12 sentyabrda Qətərin paytaxtı Dohada başlamışdı.

Mənbə:Eastnews.org