Dünya

Maradonanın 49 milyonluq sərvətini bölə bilmirlər

Maradonanın 49 milyonluq sərvətini bölə bilmirlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Əfsanəvi futbolçu Maradona haqqında dünya gündəmini zəbt edən yeni xəbərlər yayılıb.

 

Kanal14.az bildirir ki, futbolçunun yaxınları onun 49.5 milyon dollarlıq sərvətini bölə bilmirlər. Noyabrın 25-də vəfat edən və vəsiyyətnamə yazmayan Maradonanın var-dövləti üstündə dava gedir.

Yaxınlarının tələbinə görə futbolçunun dövləti 16 adam arasında bölünməlidir. Bura Maradonanın rəsmi və qeyri-rəsmi övladları daxildir. Verilən məlumatlara əsasən futbolçunun rəsmi olaraq 5, qeyri-rəsmi isə 7 övladı var.

Mərhumun İsveçrə, Dubay və Buenos-Ayresdə külli miqdarda nəğd pulu, bir çox ölkələrdə isə bahalı malikanələri və lüks avtomobillərinin olduğu deyilib. 

Onun sərvəti arasında "Puma" və "Coca-Cola" kimi məşhur markalarla bağlanan reklam müqavilələrindən əldə edilən gəlir də yer alır.

(Axsam.az)