Dünya

Üç ölkə İrana xəbərdarlıq edib

Üç ölkə İrana xəbərdarlıq edib
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Almaniya, Böyük Britaniya və Fransa Tehrana xəbərdarlıq edib.

Kanal14.az bildirir ki, İranın nüvə proqramını genişləndirəcəyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrandakı monitorinq fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı bəyanata cavab olaraq Almaniya, Britaniya və Fransa Xarici İşlər nazirliklərinin sözçüləri birgə bəyanat yayıblar. 

"Biz, Almaniya, Britaniya və Fransa hökumətləri Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün yorulmadan çalışmışıq. Bu, çoxtərəfli diplomatiyanın və nüvə silahının qlobal yayılmamasının əsas nailiyyətidir. Bu razılaşmanın İranın nüvə proqramının müstəsna dinc təbiətinə, eləcə də beynəlxalq sülhə və təhlükəsizliyə inam yaratmağa töhfə verəcəyinə ümid edərək inamla danışıqlar apardıq. İranın nüvə proqramını monitorinq etmək və məhdudlaşdırmaq üçün bu razılaşma ən yaxşı və hazırda yeganə yol olaraq qalır", - deyə birgə bəyanatda bildirilib.

(Yenisabah.az)