Dünya

Rusiyada bir gündə 589 nəfər COVID-19-dan ölüb

Rusiyada bir gündə 589 nəfər COVID-19-dan ölüb
 
 
 
 
 
 
 
 
 

 
 

 

Rusiyada son bir gündə daha 25 345 nəfərə COVID-19 diaqnozu qoyulub.

Kanal14.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 247 401 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 589 nəfər artaraq 41 053-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 830 349 nəfər sağalıb.