kanal14.az
kanal14.az

Ağ Ev koronavirusa baxmayaraq Yeni İl tədbirləri keçirəcək

Ağ Ev koronavirusa baxmayaraq Yeni İl tədbirləri keçirəcək
24-11-2020, 15:55 97 dəfə baxılıb

Ağ Ev koronavirusa baxmayaraq Yeni İl tədbirləri keçirəcək
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Ağ Ev koronavirusun yayılmasına baxmayaraq Yeni İl şənliklərinin keçiriləcəyini açıqlayıb. 

Kanal14.az bildirir ki, ötən gündən etibarən Vaşinqtonda hazırlıqlara start verilib. Belə ki, böyük küknar ağacı Ağ Evin həyətinə aparılıb, dekabr ayında bütün dini bayramların reallaşdırılması planlaşdırılıb.

 

Hazırkı birinci xanım Melaniya Trampın sözçüsü Stefani Qrişam KİV-ə açıqlamasında bildirib ki, şənliklərə qatılmaq insanların şəxsi seçimidir: "Hər il Ağ Evdə Yeni İl bayramının ənənəvi dekorunu görmək, şənliyin dadını çıxarmaq keçmiş zamanlardan bu yana bir ənənə halını alıb”.

Halbuki, bundan öncə ABŞ-ın Xəstəliyə Nəzarət və Mübarizə Mərkəzi, Ağ Ev rəsmiləri, hökumət nümayəndələri xalqa Yeni İl və Şükran bayramında səyahət etməmələri, qapalı məkanlara toplaşmamaları barədə çağırış edib.

(Qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA