kanal14.az
kanal14.az

Ermənistanda daha bir nazir istefaya göndərilir

Ermənistanda daha bir nazir istefaya göndərilir
24-11-2020, 13:14 74 dəfə baxılıb

Ermənistanda daha bir nazir istefaya göndərilir
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ermənistan ədliyyə naziri Rüstəm Badasyan çox güman ki, vəzifəsindən azad ediləcək.

Qəzetin qeyd etdiyinə görə, Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Köçəryan nazir vəzifəsinə namizədlər arasında olsa da, o, belə təklifi rədd edib.

"Hazırda hökumət iki qadın – keçmiş ədliyyə nazirinin müavini, hazırda baş nazirin müşaviri olan Anna Vardapetyan və nazirin hazırkı müavini Kristina Qriqoryan arasında seçim edir", - nəşr bildirib.

Qeyd edək ki, R.Badasyan 2019-cu il iyunun 19-da Ermənistanın ədliyyə naziri təyin edilib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında hökumətdə kadr islahatları olacağını elan etmişdi. Artıq xarici işlər naziri Zöhrab Mnatsakanyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, əmək və sosial işlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan və elm, təhsil və mədəniyyət naziri Araik Arutunyan istefa veriblər.

(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA