Dünya

60 ildən sonra ilk dəfə Tibet lideri Ağ Evə çağırıldı

60 ildən sonra ilk dəfə Tibet lideri Ağ Evə çağırıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Mühacirətdəki Tibet hökumətinin rəhbəri Lobsanq Sanqay Ağ Evi ziyarət edib.

Bu barədə məlumatı tanınmamış "Tibetin Mərkəzi Administrasiyası” yayıb. Sanqayın Ağ Evlə bərabər Dövlət Departamentində də bir sıra şəxslərlə görüşlər keçirdiyi bildirilib.

Qeyd edək ki, bu, Tibet nümayəndəsinin Ağ Evə son 60 ildə ilk səfəridir.

Tibet dövləti 1912-1951-ci illərdə mövcud olub. 1949-cu ildə Tibet ərazisinə Çin hərbçiləri daxil olub və 2 il sonra bu ərazi tam olaraq Çinə birləşdirilib. Bundan sonra tibetlilər Hindistanda mühacirət hökuməti yaradıblar. Çin bu hökuməti separatçılar kimi tanıyır.

(Axar.az)