Dünya

Yerevanda növbəti etiraz aksiyası başlayıb

Yerevanda növbəti etiraz aksiyası başlayıb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Kanal14.az bildirir ki, aksiyada siyasi xadimlər də iştirak edir.

 

Aksiyada iştirak edən "Daşnaksutyun" partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir:

"Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır".

Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.

(Trend)