Dünya

“Paşinyanın tərəfdarı yoxdur, bu, yalnız xain və alçaqlar olar” Miqran Akobyan

“Paşinyanın tərəfdarı yoxdur, bu, yalnız xain və alçaqlar olar” Miqran Akobyan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Ermənistanda davamlı mitinqlər təşkil olunur və etirazçıların tələbləri də yalnız erməni baş nazirin istefa verməsidir. Birmənalı şəkildə erməni cəmiyyəti baş nazir Paçinyanı xain kimi tanıyır və hətta onunla eyni fikirdə olanları, tərəfdar çıxa biləcək kimsələri belə öncədən xəyanətdə ittiham edir.

17 müxalifət partiyasının Azadlıq Meydanında təşkil etdiyi mitinqə toplaşan vətəndaşlar və siyasətçilər Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını hələ də tələb etməkdədirlər. SİA armenianreport.com-a istinadən xəbər verir ki, bu sözləri ictimai və siyasi xadim Miqran Akobyan jurnalistlərə açıqlamasında deyib.

Akobyan qeyd edib ki, bu anda Nikol Paşinyanın tərəfdarı yoxdur, əgər varsa, deməli, onlar da eyni xain və alçaqdırlar. O, israrla tələb edib ki, Nikol Paşinyan baş nazir postunu tutmamalıdır. Əlavə edib ki, Ermənistanda tək bir siyasi qüvvə yoxdur və hətta Ermənistan prezidenti belə Nikol Paşinyanın baş nazir vəzifəsində qala bilməyəcəyini anlayıb.

Göründüyü kimi, Nikol Paşinyan nə qədər israrla öz hakimiyyətini qorumağa çalışsa da erməni cəmiyyəti onun istefası tələbindən əl çəkmək istəmir. Bu gün işğalçı ölkə vətəndaş müharibəsi astanasındadır və bu vəziyyətin hələ uzun zaman davam edəcəyi şübhə doğurmur. Ən azından çaxnaşmaların, narazılıqların, hərcmərciliyin bu ölkədə hökm sürməsi ondan xəbər verir ki, xaos Ermənistanı çokdürməkdə davam edir.

(Aqreqator.az)