Dünya / Səhiyyə

Gürcüstanda üçüncü gündür ki, koronavirusa yoluxmada rekord təzələnir

Gürcüstanda üçüncü gündür ki, koronavirusa yoluxmada rekord təzələnir
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Gürcüstanda son bir gündə 3 504 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekorddur.

Kanal14.az, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

 

Bildirilib ki, noyabrın 13-də 3 473, noyabrın 12-də 3 120 yoluxma hadisəsi təsbit edilib. Hər iki göstərici rekord idi.

Hazırda 3 361 xəstə müalicə altındadır.

Ümumilikdə, Gürcüstanda 76 658 nəfər virusa yoluxub. Onlardan 58 674 nəfəri sağalıb, 669 nəfəri ölüb.


(TASS)