Dünya

İran XİN: “Sanksiyalarla bağlı heç bir narahatlığımız yoxdur”

İran XİN: “Sanksiyalarla bağlı heç bir narahatlığımız yoxdur”
 
 
 
 
 
 
 

İranın sanksiyalarla bağlı heç bir narahatlığı yoxdur. Bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasımi deyib.

"ABŞ-ın İran xalqına qarşı hər hansı bir tədbir həyata keçirmək qabiliyyəti yoxdur. İran Birləşmiş Ştatların sanksiyaları fonunda öz iqtisadiyyatını idarə edəcək gücünə malikdir”, - deyə o bildirib.

Xatırladaq ki, dünən ABŞ-ın dövlət katibi Mayk Pompeo İran neftinə dair sanksiyaların bazar ertəsi elan ediləcəyini deyib. Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək: "İranın neft ixracının 1 milyon barrel azalacağını gözləyirik”.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq.

Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.