Dünya

Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb

Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb
 
 
 
 
 
 
 
 

Bir ay ərzində Ermənistanda 6 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

Kanal14.az bildirir ki, vəzifəsindən azad olunanların hamsı güc strukturlarında çalışan şəxslərdir. Paşinyan hakimiyyəti azad olunanlarının bəzilərinin adına qalmaqallar yaratmaqla Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərinə bəhanə tapmağa çalışır.

 

1 ay ərzində Ermənistanda vəzifəsindən azad edilən yüksək rütbəli şəxslər:

- Milli Təhlükəsizlik Xidməti naziri Arqişti Karamyan

- Sərhəd Qoşunları komandanı general-polkovnik Vaginak Sarksyan

- Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, general-mayor Ovannes Karumyan

- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Gagik Tevosyan

- Qondarma DQR "Müdafiə Naziri" Cəlal Harutyunyan

- Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan

Qeyd edək ki, son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirinin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur.

/Trend