Dünya / Səhiyyə

Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi

Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın bu gün Bərdədə mülki insanlara qarşı törədiyi terror əməlini pisləyib.

Kanal14.az bildirir ki, səfir bu barədə öz "Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, Ermənistanın bu əməli pislənməlidir: "Bu gün Azərbaycanın Bərdə şəhərində çoxsaylı insan tələfatı ilə bağlı üzücü xəbər aldıq. Beynəlxalq səviyyədə qadağan olunmuş silahdan mülki əhaliyə qarşı istifadə qəbuledilməzdir və bu əməl birmənalə şəkildə pislənməlidir. Möhkəm dayan Azərbaycan!”.