Dünya / Səhiyyə

Rusiyada bir sutkada koronavirusdan 320 nəfər ölüb

Rusiyada bir sutkada koronavirusdan 320 nəfər ölüb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Rusiyada son sutka ərzində daha 16 550 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Kanal14.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 547 774 nəfərə çatıb.

Son sutka ərzində 320 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 589 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

(Apa.az)