Dünya / İdman

Bu futbolçu Makronun sözlərinə görə Fransa millisindən imtina etdi - İDDİA

Bu futbolçu Makronun sözlərinə görə Fransa millisindən imtina etdi - İDDİA
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba Fransa millisindən ayrılacağını açıqlayıb.

Kanal14.az bildirir ki, bu barədə 195sports.com saytı xəbər yayıb.

 

27 yaşlı mərkəz yarımmüdafiəçisinin bu qərarına səbəb kimi Fransa Prezidenti Emmanuel Makronun cümə günü açıqladığı fikirlər göstərilir. Makron 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib.

Lakin nə Poqbadan, nə də Fransa Futbol Federasiyasından bu məsələ ilə bağlı şərh verilməyib.

Qeyd edək ki, Fransada doğulmuş Pol Poqbanın hər iki valideyni Qvineyadandır və müsəlmandır. Fransada İslam xristianlıqdan sonra sitayiş olunan ikinci din sayılır. /Oxu.az