Dünya / Səhiyyə

Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü

Gürcüstanda bir gündə koronavirusdan 14 nəfər öldü
 
 
 
 
 
 
Gürcüstanda son sutkada koronavirusa 1 351 yeni yoluxma faktı təsdiqlənib, 337 nəfər sağalıb, 14 pasiyent isə vəfat edib.

Kanal14.az "Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 21 208-ə çatıb. Sağalanların sayı 9 003, vəfat edənlərin sayı isə 172 olub.

Hazırda karantində 4 462, stasionar nəzarətdə isə 3 071 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 772 nəfər xüsusi otellərdə müalicə olunur.