Cəmiyyət / Dünya

Belarusda fəailiyyət göstərən “Azərbaycan Ticaret Evi” Ordumuza dəstək oldu

Belarusda fəailiyyət göstərən

Vətənimizin işğaldan azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarını davam etdirən ordumuza dəstək məqsədilə həm fiziki şəxslər, həm də şirkətlər öz yardımlarını göstərirlər. 

Bunlardan biri də Belarusda fəlaiyyət göstərən "Azərbaycan Ticaret Evi” dir. Bildirilib ki, şanlı tariximizin yazıldığı bir vaxtda ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. 

Azərbaycandan kənarda açılan ticaret evi olaraq vətənpərvərlik və sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına dəstək olmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 50 000 (əlli min) manat vəsait köçürür.

 

Qarabağımızın incisi Şuşada Azərbaycan bayrağının sancılacağı günün yaxında olduğuna inanırıq.

Qarabağ Azərbaycandır!


 

 
(Qafqazinfo.az)