Cəmiyyət

Bakıda MAĞAZALAR yenidən BAĞLANA BİLƏR- AÇIQLAMA

Bakıda MAĞAZALAR yenidən BAĞLANA BİLƏR- AÇIQLAMA

Pandemiyaya görə insanlar arasında növbəti ayın birindən etibarən bəzi iaşə obyektlərinin, xüsusən də geyim mağazalarının bağlanılması barədə şayiələr gəzir.

Mağaza sahibləri növbəti aydan mağazaların bağlanılması təşvişi ilə mallarını müştərilərə dəyər- dəyməzinə satırlar.

Qeyd edək ki, eyni şayiələrə müştərilər, sıravi insanlar arasında da rast gəlinir.

 

Kanal14.az bildirir ki, bununla bağlı Sonxeber.az-a deputat Cavid Osmanov açıqlama verib:

"Məndə elə bir məlumat yoxdur. Narahatedici məqam və yoluxanların sayında artım müşahidə olunarsa bu addım atıla bilər.

Sentyabr ayının 15-dən artıq təhsil müəsissələri açılıb. Gündəlik olaraq yoluxma dinamikasına baxıb görürük ki, pedaqoji kollektivin işçiləri arasında, o cümlədən şagirdlər arasında yoluxma halları müşahidə olunur.

Bu virus hələ ki, var və bizimlə yaşayır. Virus bizimlə yaşadığı müddətdə növbəti qəraralar qəbul oluna bilər".
(Big.az)