Cəmiyyət / Dünya

“Mars” irqi ayrı-seçkiliklə mübarizə çərçivəsində məşhur brendinin adını dəyişəcək

 

ABŞ-ın "Mars” şirkəti irqi stereotiplərə qarşı mübarizə çərçivəsində "Uncle Bens” ticarət markasının adını "Bens Original” olaraq dəyişdirməyə qərar verib.

Kanal14.az bildirir ki, RBK-nın xəbərinə görə, bununla bağlı şirkətin saytında məlumat verilib.

Bundan başqa, şirkət düyü qutularının üzərində qaradərili kişinin şəklini çıxarmaqla markanın logosunu yeniləyəcək.

Yeni qablaşdırılmada olan məhsullar gələn ildən mağazalara veriləcək.

Qeyd edək ki, "Mars” bir müddət öncə afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-da baş verən kütləvi "Black Lives Matter” ("Qaradərililərin Həyatı Önəmlidir”) etirazları fonunda bir neçə məhsulun markasını dəyişdirmək planlarını açıqlamışdı.