kanal14.az
kanal14.az

Bu təhsil müəssisələrinə xəbərdarlıq edildi

Bu təhsil müəssisələrinə xəbərdarlıq edildi
18-09-2020, 17:57 73 dəfə baxılıb

Sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Kanal14.az Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata əsasən bildirir ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir.

"Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Lakin sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.

Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək", - Təhsil Nazirliyindən bildirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
Direktor: Ulduz Talıb oğlu
Telefon: (055) 219-23-96
E-mail: [email protected]
Ünvan: Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 95

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.