Cəmiyyət / Sosial

Vuhandan qorxunc xəbər: Virus onları da öldürür...

Ev heyvanlarının koronavirusa yoluxma hallarında ölüm nisbəti daha yüksəkdir.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu, Çinin Vuhan şəhərində fəaliyyət göstərən Huazhong Kənd Təsərrüfatı Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub.

Vuhan şəhərində yanvar-mart aylarında 100-dən çox pişikdən götürülən qan nümunələrində ev heyvanlarının bu virusa insanlardan yoluxduğu aşkarlanıb. Tədqiqat çərçivəsində qan nümunəsi olan pişiklərin təxminən 15 faizində COVID-19 antikorları, 10 faizində isə Sars-CoV-2 virusunu neytrallaşdıran antikorların olduğu təsbit edilib.

Tədqiqatçılar xəstəliyin yayılmasının qarşısını almaq üçün COVID-19 xəstələrinin ev heyvanlarından təcrid olunması vacibliyini vurğulayır. Araşdırmada koronavirusa yoluxmuş pişiklərin heç birində simptom nəzərə çarpmadığı, ancaq virusun ev heyvanları üçün ölümcül olduğu bildirilib.