Cəmiyyət / Sosial

İlqar Məmmədova 234 min manat ödədilər

Ali Məhkəmənin qərarı ilə bəraət alan REAL partiyasının sədri İlqar Məmmədova həbsdə qaldığı günlərin müqabilində təyin edilən mənəvi təzminat ödənilib.

Kanal14.az bildirir ki, artıq məhkəmənin qərarı icra edilib və İ.Məmmədovun hesabına dövlət büdcəsindən 234 min manat köçürülüb. Onun həbsdə qaldığı hər gün üçün təxminən 116 manat hesablanıb.

Onunla birgə bəraət alan hüquq müdafiəçisi Rəsul Cəfərova isə 57 min 400 manat ödənilib.

(Virtualaz.org)