Cəmiyyət / Sosial

DTX Sahil Babayevin “etibarlı” kadırını həbs etdi

DTX Sahil Babayevin

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Biləsuvar rayonunda daha bir əməliyyat keçirib. 

Kanal14.az  Dosye.org-a daxil olan məlumatlara əsasən bildirilir ki, saxlanılanlar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyev və bir neçə vəzifəli şəxslərdir. Mənbəmiz iddia edir ki, onların fəaliyyətində ciddi nöqsanların aşkarlandığı bildirilir. Məlumat üçün bir daha bildirək ki, rayon sakinləri adı hallanan qurumlara bağlı dövlət başçısına və digər qurumlara şikayət xarakterli müraciətlər edib. Əslində, bütün bölgələrdə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti olduqca kafi qiymətləndirilir.

Məhz rəhbər şəxslərin qanunazid əməlləri vətəndaşları dövlətdən və dövlət başçısından narazı salır. Gündəmi zəbt edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yarıtmaz fəaliyyəti barədə məlumatlar yayımlanır. Nəticə etibarı ilə son məqamda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdirləri qurban verilir. Onu da nəzərinizə çatdıraq ki, hazırkı vəziyətdə vətəndaşlara qarşı aparılan kampaniyanın arxasında olduqca maraqlı məqamlar durur. Doğrudanmı baş verən biabırçı olaylardan Sahil Babayevin məlumatı yoxdur?

Qeyd olunan sualı iki versiya cavablandıra bilər. Birinci versiya ondan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondunda baş verən xoşagəlməz hadisələrə rəhbərliyi Sahil Babayev şəxsən özü edir. İkinci versiya isə ondan ibarətdir ki, nazir ona həvalə olunan işin öhtəsindən gələ bilmir. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın…