Cəmiyyət / Sosial

AZAL xaricidən Bakıya gələn Azərbaycan vətəndaşlarına müraciət edib

AZAL xaricidən Bakıya gələn Azərbaycan vətəndaşlarına müraciət edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici ölkələrdən Bakıya gələn Azərbaycan vətəndaşlarına müraciət edib.

Kanal14.az AZAL-dan "APA-Economics"ə verilən məlumata əsasən bildirir ki, müraciətdə deyilir:

"AZAL-ın yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşıAzərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər; Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr buraxılır".