Cəmiyyət / Təhsil

Dərslər açıq havada keçiriləcək? - DEPUTATDAN AÇIQLAMA

Dərslər açıq havada keçiriləcək? - DEPUTATDAN AÇIQLAMA

Yeni tədris ilinin başlamasına 20 gün qalıb. Bu gün hər kəsi düşündürən məsələ dərslərin hansı formada keçiriləcəyidir. Qeyd edək ki, bir neçə gün öncə Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Ənənəvi və qarışıq. Yəni birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Digər bir təklif də dərslərin açıq havada keçirilməsidir. Sentyabrın 15-də dərslər açıq havada keçirilə bilərmi?

Kanal14.az bildirir ki,mövzu ilə bağlı KONKRET.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu barədə qərarı Təhsil Nazirliyi qəbul edir:

 
"Təhsil İnistitutu dərslərin keçirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb. Burada həm onlayn, həm də ənənəvi təhsildən söhbət gedir. Açıqlamalar verildi. Tədrisin hansı formada keçirləcəyi ilə bağlı yekun qərar insanlarımıza bildiriləcək. Dərslərin açıq havada keçirilməsi məsələsi ali məktəblərin texniki imkanlarından asılıdır. Elə universitet var ki, onun 15-20 min tələbəsi var. Bütün ali məktəblərdə bunu icra etmək çətindir. Lakin bəzi dərsləri açıq havada keçirmək olar. Cənab prezident də bir sıra rəsmi görüşlərini açıq havada keçirir. Əlbəttə, bütün dərslərin açıq havada keçirilməsi çətin və mürəkkəb məsələdir. Texniki imkanlar olarsa, dərslərin açıq havada keçirilməsi məsələsi müzakirə oluna bilər. Burada söhbət həftədə bir neçə dəfə keçirləcək dərslərdən gedir. Bütün universitetlərdə bunu həyata keçirmək çətindir. Burada hər universitetin vəziyyəti və şəraiti nəzərə alınmalıdır. Kiçik qruplar halında bəzi fənnlər bu formada təşkil oluna bilər. Çünki kütləvi şəkildə bu proseslərə getmək olmaz. Yəni bütün dərsləri açıq havada keçmək mümkünsüzdür.”

Dərslər açıq havada keçiriləcək? - DEPUTATDAN AÇIQLAMA

Milli Məclisin üzvü qeyd edib ki, bu məsələyə baxıla bilər, amma buna biz kütləvi şəkildə gedə bilmərik, çünki virus təhlükəsi hələ ki, qalmaqdadır:

"Ona görə biz təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil etməliyik. Bütün hallarda ali təhsil müəssisələrində dezinfeksiya işləri yüksək səviyyədə aparılmalıdır. Dezinfeksiya məhlullarından istifadə, sosial məsafənin qorunması kimi mühüm məqamların hər biri nəzərə alınmalıdır. Müəyyən praktiki dərslərin məsələsi nəzərdən keçirlə bilər. Amma burada əlbəttə universitetlərin ərazisi, şəraiti, texniki imkanları nəzərə alınmalıdır. Çünki bəzi dərslərdə müəyyən təqdimatlardan və proqramlarından istifadə olunur. Düşünürəm ki, biz ilk öncə virusun yayılması məsələsinə mütləq xüsusi önəm verməliyik. Burada bütün məsələlər elə aparılmalıdır ki, virusa yoluxa ehtimalı olmasın. Biz tələbələrimizin, şagirdlərimizin təhlükəsizliyini və sağlamlığını qorumalıyıq. İşimizi elə formada qurmalıyıq ki, şagirdlərimizin və tələbələrimizin sağlamlığına heç bir təhlükə olmasın”.