Cəmiyyət

Ağ Ev Azərbaycana vəsait ayırıb

Ağ Ev Azərbaycana vəsait ayırıb

Ağ Ev "Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana 2 milyon dollar vəsait ayırıb.

Kanal14.az ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata əsasən bildirir ki, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ-ın Dövlət Departamentinin Katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, Prezident Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən "Qadinların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon dollar ayrılıb.

W-GDP fondundan ayrılmış 2 million ABŞ dolları dəyərində vəsait, Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan və qadınlara yönəlmiş biznes və peşakar assosiasiaların imkanlarının artırılmasına yardım edəcək. Sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxşı əldə etməyə yardım edəcək . W-GDP fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır. Qadındar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinliklərin aradan qaldırılmaq imkanını əldə edəcək.

Prezidentin Məsləhətçisi İvanka Tramp bildirib: "W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələndirilməsi və inkişafı üçün yaradılmışdır. Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək ,fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik".

 

Bu il Azərbaycan dünyanın 60-dan çox dövlətinə qatılaraq W-GDP təşəbbüsünün irəliləməsinə təkan verib. W-GDP təşəbbüsü qadınlara, həm iqtisadiyyatda iştirak, həm də rifahın və milli təhlükəsizliyin irəliləməsi sahəsində imkanları artırır. İqtisadi baxımdan zəngin imkanlara malik qadınlar öz ailə və icmalarına yenidən sərmayyələr yatıraraq, qlobal sülh və sabitliyə təkan verən iqtisadi artıma töhfə verirlər.

2019-cu ilin fevralında Ağ Ev qadınların iqtisadı imkanlarını gücləndirməsinə xidmət edən və Birləşmiş Ştaların hökuməti tərəfindən tam həyata keçirilən ilk layihəsini, Qadinların Qlobal İnkişafı və Rifahı Naminə (W-GDP) Təşəbbüsünü təsis edib. Qadınların iş yerlərində inkişafı, sahibkar qadınların rifahının artması, və qadınların iqtisadiyyatda rolunun güclənməsi kimi üç əsas istiqamətə yönəlmiş W-GDP Təşəbbüsünün məqsədi 2025-ci ildə inkişaf edən dövlətlərdə yaşayan 50 million qadını əhatə etməkdən ibarətdir. W-GDP təşəbbüsü yeni innovasiya fonduna təkan verərək sözügedən üç istiqamətə yönəlmiş özəl-ictimai tərəfdaşlığı inkişaf etdirir. Keçirildiyi ilk ildə W-GDP Təşəbbüsü dünyanın müxtəlif dövlətlərində yaşayan 12 million qadını əhatə edib.

Ağ Ev Azərbaycana vəsait ayırıb - Gallery Image